İQTİSADİYYAT


Yanvarda ölkədə 167,1 min ton dizel yanacağı istehsal olunub

Bakı, 19 fevral, AZƏRTAC

Ötən ay Azərbaycanda 167,1 min ton dizel yanacağı, 105,7 min ton avtomobil benzini, 25,7 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 49 min ton ağ neft, 5,3 min ton yanacaq mazutu, 1,9 min ton sürtkü yağları, 5,8 min ton neft bitumu və 21,1 min ton neft koksu istehsal edilib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, ay ərzində neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 216,8 milyon manat olmaqla əvvəlki ilin yanvar ayı ilə müqayisədə 5,6 faiz azalıb.

Neft məhsullarından avtomobil benzininin istehsalı 3,1 faiz, dizel yanacağının istehsalı 0,4 faiz azalıb, yanacaq mazutu, ağ neft və sürtkü yağlarının istehsalı isə artıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.