İQTİSADİYYAT


Yanvarda toxuculuq, geyim və ayaqqabı sahələrində 56 milyon manatlıq məhsul istehsal edilib

Bakı, 20 fevral, AZƏRTAC

Bu ilin yanvarında toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 55,9 milyon manat dəyərində məhsul istehsal olunub.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, əvvəlki ilin eyni ayı ilə müqayisədə geyim istehsalında 70,1 faiz artım, toxuculuq sənayesində 1,4 faiz, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalında isə 59,7 faiz azalma müşahidə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.