İQTİSADİYYAT


Yanvarda vergi orqanlarına daxil olmuş müraciətlərdən 76 faizi müsbət həll edilib

Bakı, 13 fevral, AZƏRTAC

Cari ilin yanvarında vergi orqanlarına daxil olmuş 22 min 422 müraciətin 95,4 faizi ərizə, 4,5 faizi şikayət, 0,1 faizi təklif olub.

Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-a bildirib ki, müraciətlərin 47,4 faizi müxtəlif arayışların alınması, 18 faizi kameral vergi yoxlamaları, 14,5 faizi sosial sığorta ödənişləri, 6,1 faizi vergi borcları, qalanları ƏDV, vergi qanunvericiliyinin tətbiqi, vergidən yayınma, qanunsuz sahibkarlıq fəaliyyəti, nağd hesablaşmaların aparılması qaydalarının pozulması, səyyar vergi yoxlamaları, operativ vergi nəzarəti tədbirləri, işə qəbul, işlə təmin edilmə və digər məsələlərlə bağlıdır. Baxılmış müraciətlərdən 76 faizi tam, 0,3 faizi qismən müsbət həll olunub, 22,7 faizi barədə müvafiq izahatlar verilib.

Nazirliyin aparatına daxil olmuş 1751 müraciətdən 76 faizi ərizə, 22,3 faizi şikayət, 1,7 faizi təklifdir. Müraciətlərin 17,5 faizi sosial sığorta ödənişləri, 12,7 faizi vergi qanunvericiliyinin tətbiqi, 12,2 faizi vergidən yayınma, nağd hesablaşmaların aparılması qaydalarının pozulması, qanunsuz sahibkarlıq fəaliyyəti, 11,9 faizi müxtəlif arayışların alınması, 11,8 faizi kameral vergi yoxlamaları, qalanları isə digər məsələlərlə bağlı olub. Ay ərzində nazirliyin aparatına daxil olan 163 faktiki şikayətdən baxılması başa çatdırılanların 74,3 faizi barədə müvafiq izahatlar verilib, 11,4 faizi müsbət həll olunub, 5,7 faizi əsassız sayılıb, qalanları icradadır.

Bu ilin yanvarında vergi orqanlarının aidiyyəti struktur bölmələrinin, vahidlərinin rəhbərləri və digər vəzifəli şəxsləri tərəfindən 411 vətəndaş qəbul edilib. Qəbul zamanı hər bir vətəndaşın müraciətinə fərdi qaydada yanaşılıb, onların qanuni tələblərinin müsbət həll olunması üçün lazımi tədbirlər görülüb, həlli imkan xaricində olan məsələlərlə bağlı qanuna müvafiq izahatlar verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.