DÜNYA


Yanvarın 18-də Rusiyada əhalinin koronavirusa qarşı kütləvi peyvənd olunmasına başlanacaq

Moskva, 16 yanvar, AZƏRTAC

Yanvarın 18-də Rusiyada koronavirusa qarşı kütləvi peyvənd aksiyasına başlanılacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Tatyana Qolikova bildirib.

O deyib ki, Rusiya Prezidenti Vladimir Putin ölkə əhalisinin kütləvi peyvənd olunmasına başlanması barədə tapşırıq verib. Aksiyanın vaxtı isə yanvarın 15-də məlum olub.

Rusiyada iki yerli peyvənd artıq qeydiyyatdan keçib, üçüncü peyvənd preparatı isə istehsala hazırdır.

 

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.