İQTİSADİYYAT
Yanvarın 20-də Bakının ətrafındakı qəsəbələrə hərəkət edən elektrik qatarlarının sərnişinlərinə pulsuz xidmət göstəriləcəkdir VİDEO
Bakı, 15 yanvar (AZƏRTAC). 20 Yanvar faciəsinin 24-cü ildönümünün ilə əlaqədar “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində (QSC) tədbirlər planı hazırlanmışdır.
QSC-nin mətbuat katibliyindən AZƏRTAC-a bildirmişlər ki, tədbirlər planına əsasən, yanvarın 20-də Bakı ətrafı qəsəbələrə saat 6:00-dan 23.00-dək hərəkət edən elektrik qatarlarında gediş-gəliş pulsuz həyata keçiriləcəkdir.
Həmin gün saat 12:00-da, anma dəqiqəsində qatarların hərəkəti dayandırılacaq, lokomotivlər həyəcan fiti verəcəkdir.
Bundan əlavə, QSC-nin müəssisə və təşkilatlarında 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə bağlı anma tədbirləri keçiriləcək, faciə zamanı şəhid olan və yaralanan dəmiryolçuların ailə üzvlərinə maddi yardımlar veriləcək, “Azərbaycan Dəmir Yolları”nın kollektivi Şəhidlər xiyabanını ziyarət edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.04.2024 [09:00]
Tariximizin qanlı səhifələrindən biri olan Başlıbel faciəsindən 31 il ötür
- 08.04.2024 [10:39]
“Arab News” qəzeti azərbaycanlıların soyqırımı barədə məqalə dərc edib
- 08.04.2024 [08:00]
Ağdaban faciəsindən 32 il ötür
- 31.03.2024 [08:55]
31 Mart soyqırımının səbəbləri – tarixçi alim şərh edir
- 31.03.2024 [08:25]
Soyqırımı qurbanlarının və şəhidlərimizin qanı yerdə qalmadı
- 31.03.2024 [08:00]
Mart soyqırımları XX əsrin ən qanlı faciələrindən biridir
- 29.03.2024 [18:51]