İQTİSADİYYAT
Yanvarın 21-dən metronun “28 May” stansiyasının əsas girişi təmirə bağlanacaqdır
Bakı, 19 yanvar (AZƏRTAC). Bakı Metropoliteninin “28 May” stansiyasının əsas girişi təmirə bağlanacaqdır.
Metropolitenin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, rekonstruksiya işləri ilə əlaqədar olaraq, təmir işləri başa çatanadək “28 May” stansiyasının əsas girişi yanvarın 21-i səhər saat 06:00-dan etibarən bağlanacaqdır. Sərnişinlər bu müddət ərzində “28 May” stansiyasının ikinci girişindən (Salatın Əsgərova küçəsi) və “Cəfər Cabbarlı” stansiyasının girişindən istifadə edə biləcəklər.
Sərnişinlərin nəzərinə çatdırılır ki, təmir yalnız giriş hissədə aparıldığından “28 May” stansiyasından sərnişinlərin çıxışı dəyişməz olaraq qalacaq və həmişəki kimi əsas çıxışdan istifadə mümkün olacaqdır.
Metropoliten rəhbərliyi yenidənqurma işləri ilə əlaqədar
yaranmış müvəqqəti narahatlığa görə sərnişinlərdən üzr istəyir.