DÜNYA


Yanvarın 25-də Çindən Türkiyəyə daha 6,5 milyon doza vaksin gətiriləcək

İstanbul, 24 yanvar, AZƏRTAC

COVID-19-la mübarizə tədbirləri çərçivəsində Çindən gətirilməsi nəzərdə tutulan 10 milyon doza vaksinin ikinci partiyasının birinci hissəsi yanvarın 25-də Türkiyədə olacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Bu partiyada Türkiyəyə 6,5 milyon doza peyvəndin gətiriləcəyini deyən nazir vaksinlərin qalan hissəsinin ölkədə həyata keçirilən tədarük planına uyğun olaraq vaksinasiya proqramı çərçivəsində təslim ediləcəyini vurğulayıb.

Qeyd edək ki, ilkin mərhələdə Çindən Türkiyəyə üç milyon doza “Sinovac” vaksini gətirilib. İndiyədək ölkədə 1 milyon 200 mindən çox insana peyvənd vurulub.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.