CƏMİYYƏT


Yanvarın 30-da ən aşağı və yuxarı temperatur hansı bölgələrdə qeydə alınacaq?

Bakı, 29 yanvar, AZƏRTAC

Yanvarın 30-da ölkə ərazisində ən aşağı temperatur Naxçıvan Muxtar Respublikasında qeydə alınacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikasında havanın temperaturu gecə 4-9° şaxta olacaq.

Ən yüksək temperatur isə Mərkəzi Aran rayonlarında müşahidə olunacaq. Həmin rayonlarda gündüz 11-16° isti olacağı gözlənilir.

Bakıda və Abşeron yarımadasında isə havanın temperaturunun gecə 3-6°, gündüz 12-14° isti olacağı proqnozlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.