CƏMİYYƏT


Yanvarın üçüncü dekadasında havanın minimum temperaturu Naxçıvan və Gədəbəydə qeydə alınıb

Yanvarın üçüncü dekadasında havanın minimum temperaturu Naxçıvan və Gədəbəydə qeydə alınıb

Bakı, 7 fevral, AZƏRTAC

Respublikanın əksər bölgələrində yanvar ayının üçüncü ongünlüyündə hava şəraiti az yağıntılı keçib. Havanın orta temperaturu çoxillik iqlim norması və ötən ilin göstəriciləri ilə müqayisədə 1º yüksək, bəzi yerlərdə normaya yaxın olması ilə səciyyələnib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, havanın dekadalıq orta temperaturu paytaxt üzrə Maştağada 5,1º, Qarabağ bölgəsi, Mil-Muğan və Mərkəzi Aranda 3-4º, Gəncə-Goranboyda 2-4º, Lənkəran-Astarada 1-4º, Şəki-Zaqatalada 1-3º, Gədəbəydə -2,4º, Ceyrançöl-Tovuzda 2º, Qubada 0,2º, Dağlıq Şirvan bölgəsində 0-2º qeydə alınıb.

Havanın minimum temperaturu Naxçıvan və Gədəbəydə -9º, Şamaxıda -6º, Tovuz, Ceyrançöl, Şəki, Zərdab, İsmayıllı və Qubada -5º, Zaqatala, Qəbələ, Bərdə və Gəncədə -4º, Göyçay, Lənkəran və Cəfərxanda -3º, Maştağada -2º təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.