İQTİSADİYYAT


“Yapı Kredi Bank Azerbaijan”ın “Həzi Aslanov” filialı fəaliyyətə başlamışdır

Bakı, 7 dekabr (AZƏRTAC). Xətai rayonunda “Yapı Kredi Bank Azerbaijan” QSC-nin “Həzi Aslanov” filialı fəaliyyətə başlamışdır.

Bankdan AZƏRTAC-a bildirmişlər ki, bu, bankın sayca 16-cı, Bakıda isə 14-cü filialıdır. Filial müştərilərə hesab açılması, depozit qəbulu, biznes, istehlak və pul kreditlərinin verilməsi, kommunal və mobil rabitə ödənişləri, təcili pul köçürmələri, plastik kartların sifarişi və verilməsi, valyuta mübadiləsi və digər bank xidmətləri təqdim edir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.