İQTİSADİYYAT


“Yapı Kredi Bank” yeni lotereya kampaniyası təqdim edir

Bakı, 8 sentyabr (AZƏRTAC). “Yapı Kredi Bank Azərbaycan” “Worlcard” müştərilərinə yeni lotereya kampaniyası təqdim edir.

Bu dəfə “Worldcard” sahibi olan hər kəs sentyabrın 5-dən 28-dək World üzv ticarət obyektlərində 50 manatdan çox alış-veriş etdikdə iPad Air qazanmaq şansına yiyələnəcək.

Bankdan AZƏRTAC-a bildirilib ki, eyni gündə fərqli World üzv ticarət obyektlərində edilən 50 manatlıq və daha artıq məbləğdə hər alış-veriş bir şansdır. Gündəlik alış-verişlərə əsasən bir qalib seçiləcək. Beləliklə, kampaniya çərçivəsində 24 şanslı “Worldcard” sahibi iPad Air Wi-Fi 16 GB(MD 785) qazanacaq.

Ətraflı məlumatı www.worldcard.com.az https://www.facebook.com/YapiKrediWorldAZ internet səhifələrindən və *0444 “Yapı Kredi Bank” telefon mərkəzindən əldə etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.