DÜNYA


Yapon GPS fəaliyyətə başlayıb

Tokio, 1 noyabr, AZERTAC

Yaponiya qlobal mövqe müəyyənetmə sisteminin bu ölkəyə məxsus yeni sistemini işə salıb.

AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, yeni sistem dörd ədəd “Michibiki” orbital süni peykindən istifadə edir. Həmin süni peyklərdən sonuncusu ötən ilin oktyabrında orbitə çıxarılıb. ABŞ-a məxsus GPS süni peyk sistemini tamamlayan yeni süni peyklərdən biri hər zaman Yaponiya üzərində yerləşir.

Həmin süni peykdən daxil olan siqnalların hərəkət bucağı göydələnlərin yarada biləcəyi əngəllərdən yayınmağa imkan yaradır. Bu, həmin siqnalları qəbul edən smartfonların və avtomobillərin naviqatorlarına mövqeyi daha dəqiq və etibarlı təyin etməyə kömək edir.

Süni peyklərin göndərdiyi xüsusi siqnallar isə mövqenin təyinatındakı yayınmaları 10 metrdən bir neçə santimetrədək azaldır.

 

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.