Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Yapon “Nikkei”si və fransız “Fiqaro”su – həqiqətlərimizin yeni ünvanları

Yapon “Nikkei”si və fransız “Fiqaro”su – həqiqətlərimizin yeni ünvanları

Bakı, 26 oktyabr, AZƏRTAC

Azərbaycan Prezidentinin yeni möhtəşəm müsahibələri haqqında fikirlərimi bölüşməmişdən öncə, nüfuzlu Rusiya nəşri “Nezavisimaya Qazeta”nın baş redaktoru, tanınmış jurnalist, ictimai xadim Konstantin Remçukovun fikirlərini paylaşmaq istərdim. Baş redaktor Prezident İlham Əliyevin son müsahibələrini əsas gətirərək deyir: “Son həftə içində mən gördüm ki, Azərbaycanın bu müharibədəki hədəfləri daha aydındır. Öncəki həftələrdə mənə elə gəlirdi, bu, iki ölkə arasında periodik olaraq Dağlıq Qarabağ ətrafında baş verən növbəti gərginlikdir. Ancaq bu həftə özəlliklə də Azərbaycan Prezidenti İlham Əliyevin televiziya çıxışları və müsahibələrindən sonra anladım ki, bu, Azərbaycanın öz ərazilərini azad etmək uğrunda savaşıdır. Hansı ki, həmin ərazilər 30 il qanunsuz olaraq, işğal altında saxlanılıb. …Bununla da, bir növ münaqişə ilə bağlı təsəvvür dəyişir. Bu müharibə Azərbaycan öz ərazilərini tam azad edənə qədər davam edəcək. O ərazilər ki, Azərbaycan qanunsuz olaraq Ermənistan tərəfindən işğal edildiyini bildirir. Daha bir maraqlı məqam isə odur ki, hazırlıq və öncədən toplanmış resurslar ilk baxışda göründüyündən daha çoxdur”.

Diqqətli oxucular təsdiq edər ki, Prezident İlham Əliyevin məşhur xarici media orqanlarına ardıcıl müsahibələri haqqında mən də, bir çox həmkarım da ürək sözlərini qələmə alıb. Çox şadam ki, bizim gəldiyimiz qənaətlər öz həyati təsdiqi tapır. Başqa ölkələrdən verilən reaksiyalar, sürətlə dəyişən, ilıqlaşan beynəlxalq ictimai fikir, hətta, “ev tapşırığı suallar”la çıxış edən xarici jurnalistlər də həqiqətin alternativsiz üzü ilə tanış olur, öz ilkin mövqelərində yanıldıqlarını görürlər. Bir daha o fikirdəyəm ki, möhtərəm Prezidentin xarici media orqanlarına ard-arda verdiyi hadisə müsahibələr ordumuzun uğurlarının beynəlxalq aləmdə qəbul görməsində, diplomatlarımızın əlini gücləndirməkdə özünəməxsus rol oynayır.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevanın Yapon “Nikkei”si və fransız “Fiqaro”su – həqiqətlərimizin yeni ünvanları” sərlövhəli yazısında yer alıb. Yazını təqdim edirik.

Növbəti belə müsahibələr nüfuzlu “Nikkei” (Yaponiya) və “Fiqaro” (Fransa) qəzetinə verildi. Hər biri başdan-başa öyrənilməyə, öyrədilməyə layiq bir “diplomatiya dərsi” olan müsahibələrdən bir neçə məqama diqqət edək:

- Öncəki satus-kvo artıq mövcud deyil, təmas xətti yoxdur. İndi Ermənistan rəhbərliyi daha məntiqli davranmalıdır və işğal edilmiş ərazilərin boşaldılmasına sadiq olmalıdır;

- Müzakirələrdə Azərbaycanın əsas məqsədi Ermənistan rəhbərliyinin ərazilərin boşaldılmasına hazır olub-olmamasını və hazır olduğu təqdirdə bunun nə vaxt baş verəcəyini müəyyən etməkdir;

- Ermənistanın bu hökuməti ilə münaqişənin sülh yolu üzrə nizamlanması perspektivləri çox uzaqdır. Çünki Ermənistan rəhbərliyi tərəfindən verilmiş çox səmərəsiz və təhrikedici bəyanatlar, edilmiş hərəkətlər danışıqları mənasız edib;

- Danışıqlar masasında əsas mövzu həmişə BMT Təhlükəsizlik Şurasının qətnamələrinə müvafiq olaraq Azərbaycanın işğal olunmuş ərazilərinin boşaldılması olub. Ermənistanın baş nazirinin “Qarabağ Ermənistandır”, Azərbaycanın qondarma “Dağlıq Qarabağ hökuməti” ilə danışıqlar aparmalı olduğunu deməsi, dinc Gəncə şəhərinə ballistik raket zərbəsi vurmaq əmri verməsi, Azərbaycana hücumlar, danışıqların aparılmasını mənasız edir;

- Azərbaycan Ermənistan hökumətinə sübut etdi ki, artıq onlar bu cəzasız təcavüzkar addımları ata bilməzlər.

- Ermənistanın baş naziri N.Paşinyan zorakılığa və dinc əhaliyə qarşı hərbi cinayətlərin törədilməsinə görə şəxsən məsuliyyət daşıyır;

- Ermənistan hökuməti öz davranışı haqqında ciddi düşünməlidir və əgər atəşkəsin səmərəli olmasını istəyirsə, atəşkəsi pozmamalı, artıq işğaldan azad edilmiş əraziləri geri götürməyə cəhd göstərməməli, işğal olunmuş bütün Azərbaycan ərazilərinin boşaldılması üçün üzərinə ciddi öhdəlik götürməlidir;

- Dağlıq Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır. Onların təhlükəsizliyi, hüquqları Azərbaycanın digər insanlarının hüquqları kimi tam təmin olunacaq;

- Bu gün Azərbaycanda minlərlə erməni əsilli insan yaşayır;

- Ermənistan əhalisinin 99 faizi etnik ermənilərdir. Orada heç bir milli azlıq yaşaya bilməz. Onlar bugünkü Ermənistan Respublikasının ərazisində bir zamanlar yaşayan bütün millətləri qovublar;

- Ermənistanda ən böyük icma olan azərbaycanlılar həmin ərazidən qovulub, Azərbaycanlıların bütün tarixi, dini abidələri dağıdılıb, Azərbaycan mədəniyyətinin izləri silinib. Ermənilər azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirib;

- Dağlıq Qarabağdakı ermənilər tam əmin ola bilərlər ki, Azərbaycan vətəndaşları olaraq onların təhlükəsizliyi təmin ediləcək;

- Dağlıq Qarabağdakı cinayətkar xunta kənarlaşdırılandan sonra ermənilər daha yaxşı yaşayacaqlar, digər vətəndaşlar kimi, onlara da bütün sosial və iqtisadi imtiyazlar şamil ediləcək;

- Dağlıq Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşıdır və Azərbaycan dövləti digər xalqlar, milli və etnik azlıqlar kimi, onların da hüquqlarını tam müdafiə etməyə hazırdır.

- Azərbaycan dövləti həmişə humanizm prinsiplərinə sadiq olub və hazırda gedən hərbi əməliyyatlarda da bu, aydın görünür;

-Azərbaycan Ermənistan kimi dinc əhaliyə qarşı müharibə aparmır, yalnız hərbi hədəfləri vurur;

- Ermənistanın Yaxın Şərqdən muzdluları və döyüşçüləri cəlb etməsi faktı sirr deyil. Ermənistanın baş naziri bunu etiraf edib. Həmin döyüşçülərin köklü erməni olması şübhə doğurur və bunu təsdiq edən məlumatlar mövcuddur.

Əziz oxucular (tamaşaçılar) fikir veriblərsə, çox uzaq coğrafiyaları təmsil etsələr də, Azərbaycan Prezidentinə sual verən jurnalistlər, Azərbaycan-Ermənistan elan olunmamış müharibəsinə dair suallarla yanaşı, Gürcüstan, İran, özəlliklə, Türkiyə ilə bağlı suallardan əl çəkə bilmir. Burada durum elədir ki, necə deyərlər, istənilən “şübhəli sual” belə sual verən tərəfin deyil, cavab verən tərəfin xeyrinə nəticələnir. Yəni Gürcüstanla bağlı sual hər kəsi düşüncəyə dəvət edir: Gürcüstan da bir xristian ölkəsidir və Azərbaycanla, Türkiyə ilə yüksək səviyyəli ölkələrarası münasibətlər, strateji işbirliyi içində inkişaf etməkdədir. Deməli, problem din mənsubiyyətində deyil, Ermənistanın işğalçı, terrorçu, qonşuyayovuşmaz siyasətindədir. Bu fikri Azərbaycanın (eləcə də, qardaş Türkiyənin) etnik, dini zənginliyini bir daha təsdiq edir. Hər şey bir yana, Azərbaycanda (və Türkiyədə) on minlərlə erməni bu gün də yaşayır. Təsəvvür edin: Xocalı soyqırımı törədən, Türkiyəni qondarma soyqırımında ittiham edən bir ölkənin millətdaşları Azərbaycanda və Türkiyədə yaşayıb, yaşayır və yaşayacaqdır! – Bu danılmaz fakt qarşısında dünya erməniliyinin uzun illər antitürk, antimüsəlman qara təbliğatı bir qara qəpiklik olur. “Hər ziyanda bir xeyir var” deyib atalar, indi müharibə alovları (Gəncədə, Tərtərdə, Goranboyda, Ağcabədidə, Beyləqan, Bərdə və b. yerlərdə) dinc insanları yaxsa da, evlər dağılsa da, Ermənistanın illərlə qondarma yalan səltənətinin dağıldığını da görürük, erməni təbliğatının öldüyünü görürük. Əlbəttə, bizim günahsız insanların qanı yerdə qalmır, əlbəttə, döyüş meydanında qələbələr qazanırıq, lakin vurğuladığımız bu məqamlar da unudulmamalıdır. Çünki məhz beynəlxalq antitürk, antimüsəlman təbliğatı ilə haqq-ədaləti müdafiə edəsi dövlət, qurum-quruluşlarda şübhələr yarada bilmişlər. Təsəvvür edin, dünyanın bir çox ölkəsində antimüsəlman ritorikası ilə avam çıxış edən, özlərini “xristianlığın son qalası” adlandıran Ermənistan İranla danışıqlarda başqa maska taxır, sonra işğal bölgəsinə dönür, bir başqa maska taxır və məscidlərə donuz doldururdu… Bu mənada, müzəffər Azərbaycan əsgəri ön cəbhədə, səbatlı diplomatlarımız diplomatik-siyasi cəbhədə maska yırtmaqla məşğuldur həm də… Bütün bu kardinal fikir dəyişiklikləri, dünya birliyinin dərin düşüncələrə dalması sahəsində Ali Baş Komandan, ölkə Prezidenti İlham Əliyevin çoxfunksiyalı titanik çalışmaları dərsliklər mövzusudur, qürur qaynağımızdır! Prezident yalnız müsahibə vermir, dərs keçir, maarifləndirir, öyrədir. “Yaşa, Prezidentim, yaşa, Millətinlə baş-başa” – “İstiqlal” ordenli Xalq şairi Fikrət Qocanın bu məşhur misraları son günlər dilimizdən düşmür!

Qeyd etdik ki, xarici jurnalistlər Gürcüstan, İran və Türkiyə ilə bağlı suallar verir. Gürcüstanı dedik; İranın sual dövriyyəsinə daxil olunması da, dövlət sərhədiboyu ərazilərimizin azad edilməsi – yeni gerçəklik yaranması ilə bağlı hesab oluna bilər. Unutmayaq ki, işğalçı ölkə güney cəbhəsindəki yenilməsi ilə yalnız torpaq, şəxsi heyət və texnika itirmədi, daha başqa itkiləri də oldu və bu, erməni dostlarını pəjmürdə etməkdədir…

Hər fransız jurnalistinin Türkiyə ilə bağlı tikanlı sual verməsinin səbəbini hər bir azərbaycanlı başa düşür; belə sualı yapon jurnalistinin də verməsi sual yaratmamalıdır, məncə. Yanılmıramsa, Yaponiyanın Avropadakı ən intensiv ticari-iqtisadi bağları Fransa ilədir… Əlbəttə, biz bir jurnalistin mövqeyini bütün Yaponiyaya şamil etmirik. Qətiyyən! Yaponiya özü başıbəlalar çəkmiş bir Şərq ölkəsidir və bizi anlayanlar orda daha çoxdur.

Türkiyə ilə bağlı sualların çoxluğu bizi qətiyyən rahatsız etmir, tam tərsinə, bütün müsahibə boyu Türkiyədən, Türkiyə-Azərbaycan işbirliyindın suallar versələr də qəbulumuzdur.

Möhtərəm Prezident deyir:

- Türkiyə Azərbaycan üçün qardaş ölkədir, ən yaxın müttəfiq və dostdur;

- Türkiyə indi təkcə Güney Qafqaz regionunda deyil, daha geniş coğrafiyada və dünyada mühüm rol oynayır;

-Türkiyə və Rusiyanın prezidentləri, xarici işlər nazirləri, müdafiə nazirləri görüşüblər, söhbət aparıblar, bu məsələni müzakirə ediblər;

- Türkiyə Qafqazın 3 ölkəsi ilə sərhədi olan yeganə ölkədir;

-Türkiyə nizamlama prosesində fəal şəkildə iştirak etməlidir. Türkiyənin prosesdə iştirakı ona sabitlik gətirəcək.

Uzun sözün qısası, zərurət yarandığı hallarda müharibə alovunun söndürülməsində, ədalətli sülhün təminində - nizamlanma prosesində Türkiyənin fəal iştirakı bütün maraqlı tərəflər üçün eyni dərəcədə sabitləşdirici amildir – bu, belə qəbul edilməlidir. İlk növbədə, Ermənistan və erməniyanlılar bu həqiqəti nə qədər tez idrak etsə, o qədər yaxşıdır.

Yazımı Prezidentin yapon jurnalistin müvafiq sualına verdiyi tarixi ayarlı cavabla yekunlaşdırmaq istərdim: “Dağlıq Qarabağda heç bir referendum olmayacaq. Azərbaycan danışıqlar zamanı buna razılıq verməyib və indi ərazinin böyük bir hissəsini geri alındığı bir vaxtda bundan söhbət gedə bilməz. …Ermənilər artıq öz müqəddəratlarını təyin ediblər. Onların müstəqil Ermənistan dövləti var. Əgər ermənilər yaşadıqları hər yerdə öz müqəddəratlarını təyin etsələr nə baş verər, dünyada neçə kiçik Ermənistan olar”

Dövlətimiz var olsun!

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Təzadlı obrazlar ustası

Panama sahillərində zəlzələ qeydə alınıb

Şimali Koreya nümayəndə heyəti son 5 ildə ilk dəfə İrana səfər edib

Hindistan 250 kilometr mənzilli ballistik raketi sınaqdan keçirib

Professor Merab Kiladze: Gürcüstan və Azərbaycan həkimləri tibbin bütün sahələrində uğurlu əməkdaşlıq edirlər

“Diaspor Akademiyası” layihəsi çərçivəsində səkkizinci təlim keçirilib

Varşava Azərbaycan Evində karyera təlimləri davam edir

BEA: Elektromobillərin qlobal satışları 2024-cü ildə rekord həddə çatıb

ABŞ Dövlət katibi Rusiyanı Çində müzakirə edəcək

Səfir Nazim Səmədov etimadnamələrini Qambiya Prezidentinə təqdim edib

Tədqiqat: Zərərli qidaların niyə xərçəngə səbəb olduğu məlum olub

Bayden ABŞ-ın yeganə dünya lideri olduğunu söyləyib

“Yuventus” İtaliya Kubokunun finalına yüksəlib

Premyer Liqa: “Arsenal” London derbisində “Çelsi”ni darmadağın edib

Senat ABŞ-ın Ukraynaya hərbi yardımını təsdiqləyib

Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri COP29-da iştiraka dəvət olunub

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu Gürcüstan mətbuatının diqqət mərkəzində olub

Milanda gecə saatlarında pizza və dondurma yemək qadağan olunacaq

İNALCO: Türk Mədəniyyəti və Dilləri Günündə Azərbaycan mədəniyyəti təqdim olunub

Ukrayna mülki aviasiyanın modernləşdirilməsinə dair sazişi ləğv edib

Rusiya müdafiə nazirinin müavini saxlanılıb

Nikol Paşinyan: Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənarda heç bir ambisiyası yoxdur

Dövlət Departamenti: ABŞ Rusiyanın enerji sektoruna qarşı sanksiyaları davam etdirəcək

Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının məlumatı

Rusiya XİN Bakı və İrəvan arasında sülh müqaviləsinin razılaşdırılmasının zəruri olduğunu bildirib

Bolat Nurqaliyev: Sülh prosesi başlayandan sonra Azərbaycan dünya səviyyəsində əhəmiyyətli dərəcədə yüksəlib VİDEO

Rusiya Prezidenti son 12 ildə BAM-ın gücünün üç dəfə artdığını açıqlayıb

Milli Məclisin növbəti plenar iclasında 18 məsələ müzakirə olunub

Ombudsman britaniyalı müəllifin təşəbbüsü ilə hazırlanan kitab üçün müsahibə verib

İmişlidə “Mercedes” marketə çırpılıb, yeniyetmə son anda qəzadan xilas olub: anbaan görüntülər VİDEO

AMB sədrinin rəhbərliyi ilə Azərbaycanın Bankçılıq Missiyası ABŞ-da işgüzar səfərdədir

Xankəndi şəhərində tapdığı silah-sursatları polisə təhvil verməyən şəxs saxlanılıb

"Azərreyl"in kapitanı: Xoşbəxtəm ki, əziyyətimizin bəhrəsini gördük

Azərbaycan Prezidentinin Rusiya səfəri iki ölkə arasında əməkdaşlıq baxımından tarixi önəm daşıyır ŞƏRH

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin hesabat yığıncağı keçirilib

Azərbaycan Afrika və Yaxın Şərqin ən böyük kənd təsərrüfatı sərgilərindən birində təmsil olunur

SOCAR-ın prezidenti Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri ilə görüşüb

Azərbaycan və İspaniya iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsini müzakirə edib

Portuqaliyalı ekspert: Azərbaycanda keçiriləcək COP29 iqlim dəyişikliyi ilə bağlı qlobal problemlərin həlli üçün daha səmərəli olacaq VİDEO

® “Rabitəbank”dan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək

Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub

Pekində “Azərbaycanda investisiya və ticarətin təşviqi” konfransı keçirilib VİDEO

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar

Ombudsman Aparatı uşaq hüquqları ilə bağlı təlim təşkil edib

Avstriyalı ekspert: Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu

“Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümü münasibətilə silsilə tədbirlər keçirilib

MSN-in istehsal etdiyi silahlar Vətən müharibəsində və antiterror tədbirlərində düşmənə gücünü döyüş şəraitində göstərib

Ceyms Şarp: COP29-a ev sahibliyi etmək Azərbaycan üçün geniş imkanlar yaradacaq

Qarabağ Regional DOST Mərkəzində 300-dək şəxsə reabilitasiya xidmətləri göstərilib

Alman filosofu İmmanuel Kantın 300 illiyinə həsr olunmuş ümuminstitut seminarı keçirilib

Ceyhun Bayramov Çexiyanın “CEVRO” İnstitutunda ölkəmizin xarici siyasət prioritetlərindən danışıb

Voleybol üzrə Azərbaycan çempionatlarının qalibləri mükafatlandırılıb

Peşə təhsil müəssisələrinin məzun və tələbələri "Casa Culinary Cup 2024" yarışmasında qalib olublar

Qazaxıstanlı doktorantlar Neft və Qaz İnstitutunda təcrübə keçiblər

Prezident İlham Əliyevin Norveç Baş nazirinə ünvanladığı COP29-a dəvət məktubu səfirə təqdim edilib

Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb

Qarşılıqlı anlaşma və möhkəm təmələ əsaslanan Azərbaycan-Rusiya münasibətləri ŞƏRH

Azərbaycan ilə Qırğızıstan arasında mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi üçün münbit zəmin mövcuddur

Tədqiqat bəzi meşələrin iqlim dəyişikliyinə müqavimətdə mühüm rolunu üzə çıxarıb

BDU-nun tələbə və əməkdaşları Gənclər Fondunun qrant müsabiqəsinin qalibi olublar

“Hibrid enerji sistemləri və onların gələcək perspektivləri” - elmi seminar

ABŞ Konqresi üzvlərindən ibarət nümayəndə heyəti ölkəmizdə mövcud mina problemi barədə məlumatlandırılıb

AzTU-da Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin IV dalğası barədə infosessiya keçirilib

Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük

® “PAŞA Holding” üçün taksi biznesində növbəti mərhələ

Qarbi Abdelbaset: QH çərçivəsində əlaqələr Əlcəzair-Azərbaycan münasibətlərin inkişafına imkan yaradıb

“Azərreyl”in qadın komandası da Azərbaycan çempionu olub

Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətlər qura bilmişik

Baş prokuror paytaxtın Sabunçu rayonunda vətəndaşları qəbul edib

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev forumda iştirak edib YENİLƏNİB VİDEO

“Reuters”: İlon Maskın “SpaceX” şirkətində xəsarət alan işçilərin sayı artır

Türkiyə millisinin futbolçusu Fransada üçüncü dəfə qarət olunub

Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək

Çexiya cəmiyyəti avroya keçməyə hazırdır?

Nərimanov rayonunda məktəblilərə narkotiklərin zərərli təsiri barədə məlumat verilib

Beynəlxalq ekspert: Azərbaycanın yaşıl enerji keçidində liderliyi beynəlxalq əməkdaşlıq üçün strateji imkandır – MÜSAHİBƏ

Yağış Şamaxıda bəzi fəsadlar törədib VİDEO

Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş elmi seminar

® Balaxanı Əməliyyat Şirkəti ərazilərində ağacəkmə işləri həyata keçirilir

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilib - YENİLƏNİB-2 VİDEO

Kənd təsərrüfatı nazirinin müavini Qusarda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Əlcəzair parlamentarisi: Azərbaycanla əməkdaşlıq üçün geniş imkanlar mövcuddur

Şəkidə ağacəkmə aksiyası keçirilib

Azərbaycan Prezidenti: Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur

BAM-ın ərsəyə gəlməsində Heydər Əliyevin bənzərsiz xidmətləri ŞƏRH

Azərbaycan Prezidenti: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik

Ədəbiyyat İnstitutunda Abdulla Şaiqin “Türk çələngi” kitabı təqdim edilib

Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib

Prezident: Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir

Debora Zakuto: Fikrimcə Aida Mahmudovanın əsərlərindəki rəng ahəngi təbiətin onun həyatındakı rolunu göstərir

AzMİU-da “İnformasiya texnologiyaları və onların tətbiqi” adlı II beynəlxalq konfrans keçirilib

Fırat Arapoğlu: Aida Mahmudovanın ən böyük uğurlarından biri də bəşəri ziddiyyətləri əsərlərində təsvir edə bilməsidir

Küveyt Dövləti Azərbaycanla Ermənistan arasında razılaşmanı alqışlayır

Bakıda Türkiyənin Milli suverenlik və uşaq bayramı münasibətilə tədbir təşkil olunub

Prezident İlham Əliyev: Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır

İdman zalının kassasını talayaraq 12 min manat məbləğində pul oğurlayan mühafizəçi saxlanılıb

Azərbaycan Prezidenti: Hazırda neft və qaz ümumi daxili məhsulumuzun yarıdan az hissəsini təşkil edir

Azərbaycanın aparıcı musiqiçiləri Peterburq filarmoniyasında çıxış edəcəklər

Cari ilin birinci rübündə dövlət əmlakının icarəyə verilməsindən büdcəyə daxilolmalar artıb

Cibuti sahillərində miqrant qayığının batması nəticəsində 16 nəfər ölüb