DÜNYA


Yapon alimlər birbaşa insan əlinə yapışdırılan elastik displey hazırlayıblar

Tokio, 19 fevral, AZƏRTAC

Yapon alimlər birbaşa insan əlinə yapışdırılaraq istifadə edilən incə, elastik displey hazırlayıblar.

AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, displeyin qalınlığı cəmi 1 millimetrə bərabərdir. Onun rezin örtüyə bərkidilən mikroişıqlandırıcılardan ibarət olduğu bildirilir. Bu cür ən böyük displeyin ölçüləri 6x10 santimetr təşkil edir.

Həmin displey sadə işarələri və videoları əks etdirmək qabiliyyətinə malikdir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.