DÜNYA


Yapon dənizi sahillərinə güclü qar yağır

Tokio, 29 dekabr, AZƏRTAC

Dekabrın 28-də axşam saatlarında Yaponiyanın dağlıq ərazilərinə güclü qar yağıb. AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, ölkənin qərbində yerləşən Yapon dənizi sahillərindən şərq istiqamətdə də güclü qar yağmaqda davam edir.

Yaponiya Meteorologiya Agentliyinin bildirdiyinə görə, hava şəraitinin qış fəslinə uyğun dəyişməsi soyuq hava kütlələrinin artmasına səbəb olub.

Dekabrın 28-də axşam saat 11-ə olan məlumata görə, Yaponiyanın şimalında yerləşən Yamaqata prefekturasının Okura kəndində 1,47 metr qalınlıqda qar yağıb. Fukuşima prefekturasındakı Hinoemata kəndində isə 90 santimetr qalınlıqda qar qeydə alınıb.

Qarın Yapon dənizi sahillərinə bazar gününədək yağmaqda davam edəcəyi bildirilir. Kanto Koşin regionunda, Niiqata prefekturasında şənbə gününün sonunadək 24 saat ərzində 70 santimetr, Tohoku və Hokuriku regionlarında isə 60 santimetr qar düşəcəyi proqnozlaşdırılır. Yaponiyanın şimalında, Hokurikuda çovğun gözlənilir. Hokkaydo və Hokurikuda küləyin sürətinin saatda 72 kilometrə çatacağı bildirilir.

Dənizdə də dalğanın hündürlüyünün 6 metrə çatacağı və güclü qasırğa proqnozlaşdırılır.

Agentlik sakinlərə ehtiyatlı olmağı, yüksək gərginlik kabellərində və ağaclarda toplanan qardan qorunmağı tövsiyə edir. Nəqliyyatın hərəkətində problemlər yaranacağı bildirilir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.