DÜNYA


Yapon kosmik gəmisi asteroidin səthinə iki robot-tədqiqatçı yerləşdirəcək

Bakı, 20 sentyabr, AZƏRTAC

Yaponiya Kosmos Agentliyi asteroidin səthinə robot-tədqiqatçı yerləşdirməyə hazırlaşır.

AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, sentyabrın 21-də “Hayabusa-2” kosmik gəmisi kosmos tarixində ilk dəfə “Ryuqu” asteroidinin 1 kilometrlik səthinə iki robot-tədqiqatçı göndərəcək. “Rover 1A” və “Rover 1B” adlanan robotlar aşağı qravitasiya şəraitində asteroidin səthinin fotoşəkilini çəkəcək və temperaturu ölçəcək. “Hayabusa-2” üç ildən çox uçuşdan sonra iyun ayında “Ryuqu” asteroidinə yaxınlaşıb.

Primitiv göy cismi sayılan “Ryuqu” asteroidi Günəş sisteminin yaranması ilə meydana gəlib. Onun öyrənilməsi bizim planetin yaranmasına və təkamülünə işıq salmağa kömək edəcək. Tədqiqatı aparacaq robotlar 3,3 kiloqramlıq qutular formasındadır. “Hayabusa-2” bu qutuları asteroiddən 60 metr məsafəyə göndərəcək. Yaponiya Kosmos Agentliyi rəsmilərinin sözlərinə görə, robotların daxilində yerləşdirilmiş kiçik mühərrik sayəsində asteroidin səthində hərəkət etmək mümkün olacaq. Ən müasir texnologiyalara uyğun quraşdırılmış videokameralar və temperaturu ölçən cihazlar isə tədqiqatın nəticələrini Yerə göndərəcək.

“Hayabusa-2” kosmik gəmisi 2014-cü ilin dekabrında Yaponiya Kosmos Tədqiqatları Agentliyi tərəfindən asteroidlərin aşkar edilməsi və tədqiqatı məqsədilə fəzaya göndərilib. Ötən ilin oktyabrında isə “Ryuqu” adı verilən asteroidi kəşf edən kosmik gəmi bu göy cisminin səthindən qaya və torpaq nümunələri götürdükdən sonra 2019-cu ildə Yerə qayıdacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.