DÜNYA


Yapon milyarder Ay səyahəti üçün özünə 8 nəfər yoldaş axtarır

Bakı, 3 mart, AZƏRTAC

Yaponiyalı milyarder Yusaku Maedzava SpaceX raketi ilə Ay səyahətində ona yoldaşlıq edəcək 8 nəfər axtarır.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Maedzava 2023-cü ildə təşkil olunacaq səyahətin bütün xərclərini ödəyəcəyini bildirib. O, YouTube kanalındakı paylaşımında seçim üçün iki meyar irəli sürərək yazıb: “Bəşəriyyətə fayda verə biləcək hər insanı dəvət edirəm”.

Milyarder mesajında vurğulayıb ki, kosmik gəmidəki bütün yerləri satın aldığı üçün bu, məxsusi bir səyahət olacaq. “8 nəfər axtarıram, SpaceX istehsalı olan “Starship” raketi ilə gedəcəyik. Getmək 3 gün, dönmək 3 gün çəkəcək. İştirak edənlər heç bir pul ödəməyəcək”, -deyə Maedzava bildirib. O, dünyada tanınmış müğənni, rəqqas və ya yazıçı, yaxud kreativ bir şey edə biləcək insanları seçmək fikrindədir.

Maedzava video mesajında ona ünvanlanan “Qorxmursunuz ki?” sualına “Bir az qorxuram, amma marağım daha çoxdur. SpaceX komandasına və İlon Maska, texniki imkanlarına güvənirəm” - cavabını verib.

BBC-nin xəbərinə görə yapon milyarder layihə çərçivəsində SpaceX kompaniyasına nə qədər pul ödədiyini açıqlamayıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.