DÜNYA


Yapon milyarderin “Twitter”də yazısı dörd milyon dəfə paylaşılıb

Bakı, 7 yanvar, AZƏRTAC

Yapon milyarder Yusaku Maezavanın “Twitter”də yazısı ən çox paylaşılan olub. Bununla da milyarder 2017-ci ildə fast-fud qidalarını yeməmək üçün kömək istəyən amerikalı gəncin rekordunu təzələyə bilib.

AZƏRTAC BBC-ə istinadla xəbər verir ki, Yaponiyanın onlayn ticarətlə məşğul olan “Zozo Inc” şirkətinin təsisçisi Yusaku Maezavanın yazısı dörd milyon dəfə paylaşılıb. Onun “Twitter”də yazısı şirkətinin uğurlu fəaliyyəti ilə bağlı olub. Belə ki, Yeni il və Milad bayramları ərəfəsində onun şirkəti 10 milyard yenlik (təqribən 92,4 milyon dollar) satış edə bilib.

Yapon iş adamı bildirib ki, o, bu münasibətlə seçilmiş 100 nəfərə ümumilikdə 1 milyon dollar paylayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.