CƏMİYYƏT


Yapon müğənni Azərbaycana dəstəyini ifadə edib

Bakı, 1 oktyabr, AZƏRTAC

Yaponiyalı müğənni Kyoko Yamamoto “Facebook” sosial şəbəkəsində Azərbaycana münasibətini, sevgisini yazaraq, ölkəmizə dəstək nümayiş etdirib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, müğənni ilk dəfə Azərbaycana 2014-cü ildə gəlib və Nar bayramında iştirak edib: “Mən nar şirəsinin eksportuna başlamaq, narı bir simvol kimi tanıtdırmaq istəyirdim. 2018-ci ildə yenidən Azərbaycana getmişəm və Heydər Əliyevin anım mərasimində iştirak etmişəm. Azərbaycan ərazicə böyük olmasa da, böyük ürəyə sahibdir. Azərbaycanın musiqisinə, mədəniyyətinə aşiqəm. Arzu edirəm ki, Azərbaycana sülh qayıtsın... Yaşa, Yaşa, Azərbaycan!”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.