DÜNYA


Yapon qırıcıları 2018-ci maliyyə ilində digər təyyarələrə görə 999 dəfə səmaya qalxıb

Tokio, 13 aprel, AZƏRTAC 

Yaponiya özünü müdafiə qüvvələrinin qırıcıları 2018-ci maliyyə ilində digər təyyarələrə görə 999 dəfə səmaya qalxıblar ki, bu da həmin statistikanın aparılmağa başlanmasından sonra qeydə alınan ikinci rekord göstəricidir.

AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir ki, cari ilin martında başa çatan ötən maliyyə ilində Yaponiyanın sərhədlərinə yaxınlaşan naməlum təyyarələrə görə səmaya qalxma 2017-ci maliyyə ilindəkindən 11 faiz çox olub.

Bu uçuşların 638-i və ya 64 faizi Çin təyyarələrinə görə baş verib. Bunun ardınca yapon qırıcılarının Rusiya təyyarələrinə görə səmaya qalxdığı bildirilir. Bu göstərici 343 dəfə və ya 34 faizlə ikinci yerdə qərarlaşıb.

 

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.