DÜNYA


Yaponiya ABŞ ilə Çin arasında ticari danışıqları diqqətlə izləyəcək

Tokio, 4 dekabr, AZƏRTAC 

Yaponiya ABŞ ilə Çin arasında gözlənilən ticari danışıqları diqqətlə izləyərək və bunun yapon firmalarına təsirini qiymətləndirəcək.

AZƏRTAC xəbər verir ki, bu sözləri Yaponiyanın iqtisadiyyat, ticarət və sənaye naziri Hiroşiqe Suqa dekabrın 4-də keçirilən mətbuat konfransında deyib. H.Suqa xatırladıb ki, ABŞ iki ölkə arasında danışıqların davam etdiyi müddətdə Çin məhsullarının idxalına gömrük rüsumlarının artırılmasını təxirə salıb. Bu barədə razılaşma dekabrın 2-də ABŞ və Çin liderlərinin görüşü zamanı əldə edilib.

ABŞ ilə Çin arasında əlaqələrin əhəmiyyətindən danışan H.Suqa bunun dünya iqtisadiyyatının sabit inkişafına müsbət təsirini qeyd edib. Nazirin sözlərinə görə, Yaponiya hökuməti iki ölkə arasında ticari danışıqların gedişini diqqətlə izləyəcək. Çünki bu danışıqların nəticəsindən asılı olaraq yeni gömrük rüsumları tətbiq edilə bilər.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.