DÜNYA


Yaponiya ABŞ ilə hərbi əməkdaşlığı gücləndirir

Tokio, 20 may, AZƏRTAC

Mayın 20-də ABŞ Hərbi Dəniz Qüvvələrinin “Ronald Reagan” aviadaşıyıcı gəmisi Yokosuka bazasını tərk edərək ətraf akvatoriyada növbə çəkməyə çıxıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Kyodo agentliyi məlumat yayıb.

Məlumatda ABŞ-ın “Abraham Lincoln” atom aviadaşıyıcı gəmisinin mayın 21-də Yokosuka bazasına daxil olacağı da bildirilir. Görünən odur ki, Yaponiya KXDR ətrafında vəziyyət və Çinin regionda artan fəallığı fonunda ABŞ ilə hərbi əməkdaşlığı gücləndirir.

Xatırladaq ki, ötən ay ABŞ Hərbi Dəniz Qüvvələrinin zərbə qrupu “Abraham Lincoln” aviadaşıyıcı gəmisi və Yaponiyanın özünümüdafiə qüvvələri ilə birlikdə Şərqi-Çin və Yapon dənizlərində 10 gün ərzində böyük miqyasda hərbi təlimlər keçirib.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.