DÜNYA


Yaponiya ABŞ-ın Çin məhsullarına əlavə rüsumlar tətbiq etməsinə təəssüflənir

Yaponiya ABŞ-ın Çin məhsullarına əlavə rüsumlar tətbiq etməsinə təəssüflənir

Tokio, 19 sentyabr, AZƏRTAC

Yaponiya hökuməti ABŞ Prezidenti Donald Trampın Çin məhsullarına əlavə rüsumlar tətbiq edilməsi barədə qərarından təəssüfləndiyini bildirib.

AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, bunu Yaponiyanın iqtisadiyyat, ticarət və sənaye naziri Hiroşiqe Seko Donald Tramp administrasiyasının Çin məhsullarına 200 milyard dollar həcmində yeni rüsumlar tətbiq etdiyini açıqlamasından sonra jurnalistlər qarşısında çıxışı zamanı bildirib. Yeni rüsumlar gələn həftənin birinci günündən qüvvəyə minir.

H.Seko vurğulayıb ki, bu qərar yalnız təəssüf hissi doğurur. Nazir əlavə edib ki, ticarətin məhdudlaşdırılmasına yönələn bu cür addımlar qlobal iqtisadi inkişafa mənfi təsir göstərir. Yeni rüsumlar ABŞ və Çin ilə yanaşı, digər ölkələrə də gözlənilməz mənfi təsirlər göstərəcək.

O bildirib ki, bir çox yapon şirkətləri ehtiyat hissələrini əvvəlcə Çinə, sonra oradan ABŞ-a ixrac edir.

Nazir qeyd edib ki, dünya təchizat kanalları strukturu çox mürəkkəb olduğuna görə, o, yeni sanksiyaların sənayenin hansı sahələrinə və hansı təsir göstərəcəyini bilmir.

H.Seko deyib ki, ABŞ tərəfinin bu addımının təsirinin araşdırılması və müvafiq cavab tədbirlərinin görülməsi üçün hökumət şirkətlərlə sıx əməkdaşlıq edəcək.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.