DÜNYA


Yaponiya ABŞ olmadan belə Trans-Sakit okean Tərəfdaşlığı barədə razılaşmanın reallaşmasına çalışır

Tokio, 18 may, AZƏRTAC 

Yaponiya hökumətinin rəsmi nümayəndələri Trans-Sakit okean Tərəfdaşlığı (TPP) barədə Vyetnamda keçiriləcək danışıqlarda aparıcı rol oynamağa çalışırlar.

Mayın 21-də Hanoyda TPP üzrə 11 iştirakçı dövlətin nazirlərinin görüşü keçiriləcək. Görüşdə Vaşinqton TPP çərçivəsində razılaşmadan çıxdığına görə ABŞ-ın nümayəndəsi iştirak etməyəcək.

Yaponiyanın Baş naziri Şinzo Abe ABŞ olmadan belə azad ticarət barədə TPP çərçivəsində razılaşmanın həyata keçirilməsinə çalışır.

NHK telekanalının yaydığı məlumata görə, Yaponiya hökumətinin nümayəndələri qarşıdakı görüşdə TPP üzrə razılaşmanın strateji və iqtisadi əhəmiyyətini növbəti dəfə vurğulamağa səy göstərəcəklər.

Hanoyda aparılacaq müzakirələrdə aparıcı rol oynamaq niyyətində olan Yaponiya nümayəndələri bu məsələdə Avstraliya və Yeni Zelandiyanın dəstəyinə ümid edirlər. Bununla yanaşı, Vyetnam da daxil olmaqla bir sıra ölkələr ABŞ-ın TPP-dən çıxmasını nəzərə alaraq onun reallaşmasına ehtiyatla yanaşırlar.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.