DÜNYA


Yaponiya ASEAN ölkələrinə yoluxucu xəstəliklərlə mübarizədə kömək edəcək

Tokio, 13 noyabr, AZƏRTAC

Yaponiyanın Baş naziri Yoşihide Suqa ASEAN ölkələrinə yoluxucu xəstəliklərlə, xüsusən də COVID-19 virusuna qarşı mübarizə imkanlarını artırmağa kömək edəcək.

AZƏRTAC Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, bu barədə Y.Suqa noyabrın 12-də ASEAN təşkilatına daxil olan 10 ölkənin liderləri ilə keçirilən onlayn sammit zamanı bəyan edib. Bildirilir ki, bu, Yaponiyanın yeni Baş nazirinin vəzifəsinin icrasına başladıqdan sonra çoxtərəfli görüşdə ilk iştirakıdır.

Qeyd edilir ki, görüşün əvvəlində Y.Suqa Yaponiyanın vəsaiti hesabına ASEAN ölkələrinin yoluxucu xəstəliklərlə mübarizə imkanlarını artırmağa imkan verən mərkəzin yaradılacağı barədə məlumat verib. Baş nazir bildirib ki, Yaponiya bu mərkəzin region əhalisinin müdafiəsində əsas rol oynayacaq təşkilata çevrilməsi üçün fəaliyyətini davam etdirəcək.

Y.Suqa, həmçinin ötən il bu təşkilat tərəfindən elan olunan “ASEAN ölkələrinin Hind-Sakit okean regionunda perspektivləri” təşəbbüsü və onun regiona təsiri barədə də xatırladıb.

Baş nazir bildirib ki, Yaponiya azad və açıq Hind-Sakit okean regionu yaradılması ilə əlaqədar ASEAN ölkələrinin konsepsiyasını dəstəkləyir. Çünki bu, rəsmi Tokionun mövqeləri ilə üst-üstə düşür.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.