DÜNYA


Yaponiya “Aegis” sistemli gəmilərin döyüş növbəsi barədə əmri ləğv edib

Tokio, 2 iyul, AZƏRTAC

Ötən ay keçirilən ABŞ-Şimali Koreya sammitindən sonra təhlükəsizlik sahəsində gərginliyin azaldığı bir vaxtda Yaponiyada “Aegis” sistemi ilə təchiz edilən gəmilərin döyüş növbəsinin ləğv olunması barədə əmr verilib.

AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, Şimali Koreyadan gözlənilən təhlükə müqabilində Yaponiya Yapon dənizində göyərtəsində “Aegis” radar sistemi olan esmineslərin döyüş növbəsini təşkil etmişdi. Həmin gəmilər bütün sutka ərzində fasiləsiz növbə çəkirdilər.

Yaponiya Müdafiə Nazirliyi bildirib ki, bu barədə əmr iyunun sonlarında verilib.

Bununla yanaşı, Müdafiə Nazirliyinin özünümüdafiə qüvvələrinə ölkə ərazisinə yaxınlaşan istənilər raketi vurmaq barədə əmri hələ də qüvvədə qalır.

Həmçinin nazirlikdən bildiriblər ki, vəziyyət dəyişəcəyi təqdirdə həmin gəmilər yenidən döyüş növbəsinə qaytarılacaq.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.