DÜNYA


Yaponiya Ali Məhkəməsi sunami qurbanlarına kompensasiyaların ödənməsi barədə qərar qəbul edib

Tokio, 12 oktyabr, AZƏRTAC

Yaponiya Ali Məhkəməsi 2011-ci il sunamisi zamanı həlak olan uşaqların ailələrinə yerli hakimiyyət orqanları tərəfindən kompensasiyaların ödənməsi barədə arbitraj məhkəməsinin qərarını qüvvədə saxlayıb.

AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, sunami zamanı Miyaqi prefekturasının İşinomaki şəhərindəki ibtidai məktəbdə 74 şagird həlak olub. Həmin uşaqlardan 23-nün valideyni 2014-cü ildə şəhərə və prefekturaya qarşı iddia qaldıraraq onlara dəymiş zərərə görə 21 milyon dollar ödənməsini tələb ediblər.

Bildirilir ki, Senday arbitraj məhkəməsi bu valideynlərə 13 milyon dollar dəyərində kompensasiya ödənməsi barədə qərar qəbul edib. Məhkəmə həmin məktəbi təxliyə marşrutunu düzgün seçməməkdə təqsirli bilib.

Şəhərin və prefekturanın nümayəndələri iddianı qəbul etməməyə çalışıblar. Lakin onların apelyasiya şikayəti qəbul edilməyib və məhkəmə beş hakimin yekdil səsi ilə kompensasiyanın ödənməsi barədə qərar qəbul edib.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.