DÜNYA


Yaponiya, Çin və Cənubi Koreyanın ticarət nümayəndələri razılığa gələ bilməyiblər

Tokio, 13 aprel, AZƏRTAC

Yaponiya, Çin və Cənubi Koreyanın ticarət nümayəndələri bu günlərdə aparılan danışıqların nəticəsi olaraq ümumi mövqeləri müəyyən edə və azad ticarət barədə üçtərəfli razılığa nail ola bilməyiblər.

AZƏRTAC xəbər verir ki, tərəflərin rəsmi nümayəndələri Tokioda aparılan dördgünlük danışıqları aprelin 12-də nəticəsiz başa vurub.

Budəfəki danışıqlar zamanı əsas diqqət kənd təsərrüfatı və sənaye məhsullarına tariflərin ləğvi, həmçinin onlayn ticarət qaydalarının hazırlanmasına yönəlmişdi.

Üç ölkənin nümayəndələrinin sayca 15-ci olan budəfəki görüşündə azad ticarət barədə razılaşmanın müzakirəsi davam etdirilib. Məsələnin cari ilin sonunda Cənubi Koreyada keçiriləcək görüşdə davam etdirilməsi barədə razılıq əldə olunub.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.