DÜNYA


Yaponiya Çini müdafiə xərclərini şəffaflaşdırmağa çağırıb

Tokio, 16 mart, AZƏRTAC 

Yaponiyanın xarici işlər naziri Taro Kono Çini artmaqda davam edən müdafiə xərcləri büdcəsini şəffaflaşdırmağa çağırıb.

AZƏRTAC xəbər verir ki, bu barədə nazir jurnalistlərə martın 15-də Ümumçin xalq nümayəndələri toplantısının cari il üçün milli büdcənin layihəsini təsdiq etməsindən sonra deyib.

Qeyd edək ki, cari ildə Çin müdafiə xərclərini 7,5 faiz artıraraq, 1 trilyon 190 milyard yuan (təqribən 177 milyard dollar) məbləğində planlaşdırıb.

T.Kono bildirib ki, Çin iqtisadiyyatda baş verən ləngimələrə baxmayaraq, müdafiə xərclərini çox böyük sürətlə artırmaqda davam edir. Çin hökuməti bu xərclərin səbəblərini açıqlamalıdır. Çünki müdafiə sahəsində belə sürətli artım regiona müxtəlif cür təsir göstərə bilər.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.