DÜNYA


Yaponiya Çinin 5G texnologiyalarını ölkəyə buraxmamağa çalışır

Tokio, 16 dekabr, AZƏRTAC 

Yaponiya hökuməti mobil şəbəkələrin operatorları üçün ultra-sürətli 5G formatlı telekommunikasiya tezliklərinin bölünməsi zamanı ilk növbədə təhlükəsizlik məsələsinin nəzərə alınacağı barədə xəbərdarlıq yayıb.

AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, Yaponiya Rabitə Nazirliyi gələn ilin martında 5G şəbəkələr üçün tezliklərin ayrılmasını planlaşdırır.

Mütəxəssislərin bildirdiyinə görə, hökumət tərəfindən müəyyən edilən qaydalar şəkilində yayılan bu xəbərdarlıq yapon mobil operatorların öz yeni şəbəkələrində Çinə məxsus telekommunikasiya avadanlığından istifadə olunmasına qarşı yönəlib. Həmin qaydalarda şəbəkənin planlaşdırılması və avadanlığın alınması zamanı təhlükəsizlik və etibarlılıq əsas şərt kimi irəli sürülür. Bu qaydalar Çinin IT nəhəngləri olan “Huawei” və “ZTE” şirkətlərini yapon bazarına buraxmamaq məqsədi daşıyır.

Yaponiyada dörd şirkət - “NTT Docomo”, “KDDI”, “SoftBank” və “Rakuten” şirkətləri 5 G şəbəkəsinin operatoru olmağı planlaşdırır. Onlar avadanlığın alınması zamanı hökumətin təyin etdiyi yeni qaydalara əməl edəcəklərini bildiriblər.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.