DÜNYA


Yaponiya Çinlə iqtisadi əməkdaşlığı inkişaf etdirmək niyyətindədir

Tokio, 26 noyabr, AZƏRTAC

Yaponiya Çin ilə münasibətləri yaxşılaşdırmaq üçün iki ölkə arasında iqtisadi əlaqələri möhkəmləndirmək niyyətindədir. Həmçinin Çin tərəfindən də təhlükəsizlik və Şərqi Çin dənizində yerləşən Senkaku adaları ətrafında dənizçilik fəaliyyəti ilə bağlı müsbət addımlar atılmasını gözləyir.

AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiyanın Baş naziri Yoşihide Suqa noyabrın 26-da Tokioda Çinin xarici işlər naziri Van İ ilə görüşündə deyib.

Qeyd edək ki, Senkaku adaları Yaponiyanın nəzarətindədir. Çin və Tayvan isə bu adalara iddialıdır. Yaponiya hökumətinin qəti mövqeyinə görə, adaların suverenliyi ilə bağlı heç bir problem yoxdur.

Görüş zamanı, Baş nazir Çini Yaponiyadan olan ərzaq məhsullarının idxalına məhdudiyyətləri aradan qaldırmağa çağırıb və Honkonqdakı vəziyyətlə bağlı narahatlığını ifadə edib.

Yaponiyanın xarici işlər naziri Toşimitsu Moteqi və Nazirlər Kabinetinin Baş katibi Kato Katsunobu da Van İ ilə görüşləri zamanı eyni məsələləri qaldırıblar.

Yapon rəsmilərin bildirdiyinə görə, həmin görüşlərdə həm iki ölkə arasında mövcud olan, həm də beynəlxalq ictimaiyyəti düşündürən məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Yaponiya hökumətinin qənaətinə görə, iqtisadi dirçəliş koronavirus pandemiyasından sonra iki ölkə qarşısında dayanan ən mühüm vəzifədir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.