DÜNYA


Yaponiya Cənubi Koreyaya sahil mühafizəsi xidmətinin hərəkətinə görə etirazını bildirib

Yaponiya Cənubi Koreyaya sahil mühafizəsi xidmətinin hərəkətinə görə etirazını bildirib

Tokio, 10 sentyabr, AZƏRTAC

Yaponiya Cənubi Koreyaya yapon tədqiqat gəmisindən Naqasakidən cənub-qərbdə apardığı tədqiqat işlərini dayandırmağı tələb edən sahil mühafizəsi xidmətinin hərəkətinə görə etirazını bildirib.

AZƏRTAC xəbər verir ki, bu barədə sentyabrın 10-da NHK telekanalı məlumat yayıb. Bildirilir ki, Yaponiya Sahil mühafizəsinin tədqiqat gəmisi sentyabrın 9-da Naqasaki prefekturasına daxil olan Qoto arxipelaqına aid Mesima adasından 110 kilometr şimal-qərbdə araşdırma aparıb. Cənub Koreyanın sahil mühafizə xidməti bu ölkəyə məxsus sularda qeyri-qanuni tədqiqat işlərini dayandırmağı və ərazini tərk etməyi tələb edib.

Yaponiya tərəfi də öz növbəsində tədqiqatın ölkənin məxsusi iqtisadi zonasında aparıldığını bildirərək Cənubi Koreya gəmisindən ərazini tərk etməyi tələb edib.

Qeyd edilir ki, həmin rayonda avqustda başlamış tədqiqat işlərinin oktyabrda başa çatdırılması planlaşdırılır.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.