DÜNYA


Yaponiya F-35A qırıcısının qırıntılarının sualtı axtarışlarına başlayıb

Tokio, 12 aprel, AZƏRTAC

Yaponiya hökuməti aprelin 9-da qəzaya uğrayaraq Sakit okeana düşən beşinci nəsil F-35A bombardmançı-qırıcı təyyarəsinin qırıntılarının sualtı axtarışlarına başlayıb.

AZƏRTAC “Kyodo” agentliyinə istinadla xəbər verir ki, bu barədə aprelin 12-də Yaponiyanın müdafiə naziri Takeçi İvaya məlumat verib.

Nazirin sözlərini sitat gətirən agentlik yazır: “Biz imkan daxilində qəza yerini daha tez dəqiqləşdirməyə çalışırıq”.

Xatırladaq ki, Yaponiyanın “Mitsubishi Heavy Industries” şirkətində yığılan təyyarə qəzaya uğrayarkən heç bir həyəcan siqnalı verməyib. Hazırda onun axtarışları fasiləsiz rejimdə davam etdirilir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.