DÜNYA


Yaponiya Hind və Sakit okean hövzələri ölkələrinə 500 milyon dollar yardım edəcək

Tokio, 18 avqust, AZƏRTAC 

Yaponiyanın xarici işlər naziri Taro Kano bəyan edib ki, hökumət dənizdə təhlükəsizliyi təmin etmək üçün potensial yaratmaq məqsədilə Hind və Sakit okean hövzələri ölkələrinə 500 milyon dollar miqdarında yardım ayırmağı planlaşdırır.

AZƏRTAC xəbər verir ki, T.Kano bu plan barədə Vaşinqtonda keçirilən mətbuat konfransında məlumat verib.

Nazir bəyan edib ki, Yaponiya bu yardımları qarşıdakı üç il ərzində, yəni cari ildən başlayaraq 2019-cu ilədək göstərəcək.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.