DÜNYA


Yaponiya İmperatoru Akihito taxtdan imtina ilə bağlı ayinlərin icrasına başlayıb

Tokio, 12 mart, AZƏRTAC

Yaponiya İmperatoru Akihito aprelin 30-da taxtdan imtinası ilə bağlı ayinlər silsiləsinin icrasına başlayıb.

AZƏRTAC xəbər verir ki, ilk mərasimlər martın 12-də Tokiodakı İmperator sarayının həyətində yerləşən 3 İmperator məbədindən başlanıb. İmperator köhnə saray geyimində ilk olaraq “Kasikodokoro” adlanan məbədi ziyarət edib. Burada təzim edən İmperator qədim dildə tərtib edilən sənədi oxuyub. Sonra o, eyni ayinləri digər iki məbəddə - Koreyden və Sinden məbədlərində icra edib.

İmperatorun taxta çıxması ilə əlaqədar adətlərdən fərqli olaraq, Baş nazir, habelə qanunverici və məhkəmə hakimiyyətinin rəhbərləri bu mərasimlərdə iştirak etməyiblər.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.