DÜNYA


Yaponiya İndoneziyaya COVID-19-la əlaqədar fövqəladə qrant yardımı ayırıb

Tokio, 20 iyul, AZƏRTAC

İyulun 20-də Yaponiya hökuməti İndoneziyaya COVID-19-a qarşı mübarizə məqsədilə 5,6 milyon dollar dəyərində fövqəladə qrant yardımı ayırıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilir ki, ayrılan yardım Yaponiyanın strateji tərəfdaşı olan İndoneziyada son günlər daha geniş yayılan koronavirusa qarşı mübarizənin səmərəliliyini artırmaq məqsədi daşıyır.

Bununla yanaşı, bu ölkəyə 2 milyon doza peyvənd göndərilməsi də nəzərdə tutulur.

Qeyd edək ki, son məlumatlara görə İndoneziyada koronavirusa yoluxanların ümumi sayı 2 milyon 911 min 733 nəfərə çatıb, onlardan 74 min 920-si həyatını itirib.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.