DÜNYA


Yaponiya İndoneziyaya yeni böyük limanın tikintisi üçün borc verəcək

Tokio, 15 noyabr, AZƏRTAC

Yaponiya yeni liman obyektlərinin və böyük dəniz şəbəkəsinin tikintisi üçün İndoneziyaya təqribən 120 milyard yen məbləğində borc verəcək.

AZƏRTAC NHK telekanalına istinadla bildirir ki, yeni liman paytaxt Cakartadan 120 kilometr şərqdə, Patimban adlı ərazidə inşa olunacaq. Onun İndoneziyanın ən böyük limanlarından biri olacağı gözlənilir.

Patimbanın yaxınlığında yapon avtomobil və elektronika istehsalı şirkətlərinin yerləşdiyi sənaye parkı var.

Yeni limanın yapon şirkətlərinin işini yüngülləşdirəcəyi və yubanmaların qarşısını alacağı gözlənilir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.