DÜNYA


Yaponiya İrandan neft idxalını bərpa etməyə hazırlaşır

Bakı, 7 noyabr, AZƏRTAC

Yaponiya İrandan neft idxalını yenidən bərpa etməyə hazırlaşır.

AZƏRTAC “Japanese daily”yə istinadla xəbər verir ki, noyabrın 5-də qüvvəyə minən ABŞ-ın rəsmi Tehrana qarşı sanksiyalarının ikinci mərhələsi çərçivəsində Yaponiya və digər 7 ölkəyə İrandan neft idxalı üçün müvəqqəti güzəşt tətbiq olunub. Yaponiyanın neft şirkətləri İrandan neft idxalını bərpa etməyə hazırlaşır. Lakin Yaponiya 180 günlük güzəştin uzadılmasına nail olmaq üçün ABŞ hökuməti ilə danışıqlar aparmaq niyyətindədir.

Yaponiyanın iqtisadiyyatı, ticarət və sənaye naziri Hiroshige Seko jurnalistlərə bildirib ki, yapon şirkətləri İrandan xam neftin idxalının bərpasına hazırlaşacaq.

İrana qarşı sanksiyalardan əvvəl Yaponiyanın neft idxalı iyun ayında gündəlik 183 min barreldən 140 min barrelə düşüb. Oktyabr ayında isə Yaponiya İrandan idxalını tamamilə dayandırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.