DÜNYA


Yaponiya İrandan neft idxalını tam dayandıracaq

Tokio, 19 iyul, AZƏRTAC

Yaponiyanın neft şirkətləri İrandan neft idxalını tam dayandırmağa hazırlaşırlar. AZƏRTAC xəbər verir ki, bu barədə iyulun 19-da Yaponiyanın aparıcı “Nikkey” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, İrandan neft idxalı cari ilin oktyabrında dayandırılacaq. Bunun əvəzində isə Yaponiya xam nefti Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərindən alacaq.

Qəzet bildirir ki, Yaponiyanın İrandan neft alan “JXTG Holdings” və “Idemitsu Kosan” kimi şirkətləri ABŞ-dan 2018-ci il noyabrın əvvəllərinədək idxalı dayandırmaq barədə xəbərdarlıq alıblar. İdxalın davam etdiriləcəyi təqdirdə həmin şirkətlərə qarşı böyük məbləğdə cərimələr tətbiq olunacaq.

Bu ərəfədə yapon bankları da milli neft şirkətlərini İran nefti ilə bağlı tranzaksiyaları dayandırcaqları barədə xəbərdar ediblər ki, bu da idxalı tamamilə mümkünsüz edir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.