DÜNYA


Yaponiya İsrailin Colan təpələri üzərində suverenliyini tanımır

Tokio, 11 aprel, AZƏRTAC

Yaponiya İsrailin Colan təpələri üzərində suverenliyini tanımır və bu barədə ABŞ hökumətini xəbərdar edib.

AZƏRTAC xəbər verir ki, bunu Yaponiyanın xarici işlər naziri Taro Kono parlamentin aşağı palatasının xarici işlər komitəsindəki çıxışı zamanı bildirib.

Nazir qeyd edib ki, Yaponiya Colan təpələrinin İsrail tərəfindən ilhaqını tanımır və ABŞ-ın yəhudi dövlətinin bu ərazilər üzərində suverenliyini tanıması BMT Təhlükəsizlik Şurasının qətnamələri ilə ziddiyyət təşkil edir.

T.Kono deyib ki, o, Yaponiyanın məsələ ilə bağlı mövqeyini ötən həftə Fransada keçirilən G7 ölkələri xarici işlər nazirlərinin görüşü zamanı ABŞ dövlət katibinin müavini Con Sallivana çatdırıb.

 

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.