İDMAN


Yaponiya KİV-ləri Formula-1 Azərbaycan Qran-Prisini geniş işıqlandırıb

Tokio, 9 aprel, AZƏRTAC.

Yaponiyanın nüfuzlu idman nəşrləri Bakıda keçirilmiş Formula 1 Azərbaycan Qran-Prisini geniş işıqlandırıb. Bir sıra telekanallar, o cümlədən “Fuji-TV.Next” televiziyası yarışları birbaşa yayımla yapon tamaşaçılarına təqdim edib.

AZƏRTAC xəbər verir ki, internet portallarında dərc olunan məqalələrdə Azərbaycanın dünyada ən çox sevilən idman növlərindən olan Formula 1 yarışını beşinci dəfə qəbul etdiyi bildirilir.

“Fuji-TV.Next” telekanalının şərhçiləri reportajda Formula 1 yarışının Azərbaycan mərhələsinin özünəməxsusluğu ilə seçildiyini xüsusi vurğulayıblar. Qeyd ediblər ki, Bakıda pilotlar qeyri-adi ab-havası ilə seçilən, tarixi məkanları əhatə edən və bənzərsiz trekdə yarışırlar.

Məqalə və reportajlarda turnirin yüksək səviyyədə keçirilməsindən, yarışların dünya standartlarına uyğun təşkilindən, habelə idmançılar üçün hər cür şəraitin yaradılmasından geniş bəhs olunur.

Yaponiyanın nüfuzlu “formula1-data.com.gp”, “www.as-web”, “f1.sokuho.mopita.com”, “www.izito.jp”, “sports.skyperfekt.co.jp/motor/”, “F1-Gate.com”, “f1.express.cnc.ne.jp” internet saytlarında dərc edilmiş məqalələrdə xüsusi vurğulanır ki, Azərbaycan bu idman tədbiri vasitəsilə Bakının gözəlliyini, tarixi məkanlarını və dinamik inkişafını bütün dünyaya nümayiş etdirir.

Yaponiya KİV-lərində Formula 1 Azərbaycan Qran-Prisinin gedişi və turnirdə iştirak edən adlı-sanlı pilotlar, yarışlar zamanı istifadə edilən texniki vasitələr barədə geniş xəbərlər də yer alıb.

 

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.