DÜNYA


Yaponiya “K” superkompüterindən istifadəni dayandıracaq

Tokio, 7 fevral, AZƏRTAC 

Yaponiya dünyanın ən sürətli kompüterlərindən hesab edilən “K” superkompüterindən istifadəni avqustda dayandıracaq.

AZƏRTAC xəbər verir ki, onun daha müasir maşınla əvəz ediləcəyi bildirilir.

Xatırladaq ki, “K” superkompüteri 2012-ci ildə milli layihə olaraq yaradılıb. Bu maşın dərmanların hazırlanmasından başlamış zəlzələlərin və hava proqnozunun öyrənilməsinədək müxtəlif sahələrdə istifadə edilib.

Hazırda yapon mühəndislər “K” superkompüterinin sələfi üzərində işləri davam etdirirlər. Yeni maşının xələfindən 100 qat məhsuldar olacağı planlaşdırılır. Onun müxtəlif institutlar tərəfindən istismarına 2021-ci ildə başlanacaq.

“K” superkompüterindən istifadənin dayandırılması müxtəlif sahələrdə aparılan tədqiqatların gedişinə mənfi təsir göstərə bilər ki, bu da elmi dairələrdə narahatlıq doğurur.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.