DÜNYA


Yaponiya Koreya Respublikasının Dünya Ticarət Təşkilatına təkrar müraciətini təəssüflə qarşılayır

Tokio, 30 iyul, AZƏRTAC

Yaponiya hökuməti Koreya Respublikasının Dünya Ticarət Təşkilatına (DTT) təkrar müraciət edərək Yaponiya tərəfinin ixraca nəzarəti gücləndirməsi ilə bağlı mübahisənin tənzimlənməsi üçün komissiyanın yaradılması barədə xahişinə təəssüfləndiyini bildirib.

AZƏRTAC Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, Yaponiya hökuməti bu barədə bəyanatı DTT Koreya Respublikasının xahişinə müsbət reaksiya verdikdən sonra dərc edib.

Xatırladaq ki, ötən ilin iyulunda Yaponiya hökuməti yüksək texnologiya məhsullarının istehsalı üçün nəzərdə tutulan üç materialın Koreya Respublikasına ixracına nəzarəti daha da ciddiləşdirib.

Bəyanatda Koreya Respublikasının DTT-yə təkrar müraciətinin böyük təəssüf hissi doğurduğu əksini tapıb.

Sənəddə qeyd edilir ki, Yaponiya hərbi məqsədlər üçün istifadə oluna biləcək məhsulların ixracına nəzarəti gücləndirmək məqsədilə bu addımı atıb. Bildirilir ki, Yaponiya Koreya Respublikasına ixraca nəzarəti gücləndirdikdən sonra belə həmin materialların ixracına icazə verilir.

Qeyd edilir ki, Yaponiya tərəfi mübahisənin həlli üçün DDT-yə müraciəti yox, ikitərəfli danışıqları daha səmərəli vasitə hesab edir.

Məsələ ilə bağlı Koreya Respublikasının da bəyanatla çıxış etdiyi bildirilir. Həmin sənəddə Koreya Respublikasının Yaponiyanın ixraca nəzarəti davam etdirməsinin yolverilməz olduğunu göstərmək üçün lazımi addımları atacağı və həmin tədbir ləğv olunanadək lazım olan bütün prosedurları davam etdirəcəyi öz əksini tapıb.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.