DÜNYA


Yaponiya Koreya Xalq Demokratik Respublikasına etirazını bildirib

Tokio, 11 may, AZƏRTAC

Yaponiya mayın 9-da keçirilən raket sınağına görə Koreya Xalq Demokratik Respublikasına (KXDR) etirazını bildirib.

AZƏRTAC xəbər verir ki, bu barədə Nazirlər Kabineti baş katibinin müavini Kotaro Noqami məlumat verib. K.Noqami bildirib ki, Yaponiya hökuməti aparılan araşdırma nəticəsində KXDR-in həmin gün yaxın məsafəli ballistik raketin sınağını keçirdiyi qənaətinə gəlib.

Baş katibin müavini əlavə edib ki, bu sınaq BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin pozulması deməkdir və ciddi təəssüf hissi doğurur.

K.Noqami bəyan edib ki, Yaponiya ABŞ və digər maraqlı ölkələrlə BMT TŞ-nin müvafiq qətnamələrinin tam icra edilməsi üçün əməkdaşlığı davam etdirəcək.

Hökumət rəsmisi qeyd edib ki, Yaponiya KXDR-ə qəti etirazını bildirib və bunu Pekindəki diplomatik kanallar vasitəsilə çatdırıb.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.