DÜNYA


Yaponiya Latviya ilə birbaşa uçuşların həyata keçirilməsində maraqlıdır

Riqa, 26 iyul, AZƏRTAC

Yaponiya Latviya ilə birbaşa uçuşların həyata keçirilməsində maraqlıdır.

AZƏRTAC Latviya mətbuatına istinadla xəbər verir ki, bu sözləri Yaponiyanın Latviyadakı səfiri Yasuhiro Kavaquçi Latviya Nəqliyyat Nazirliyinin dövlət katibinin müavini Uldis Reymanis ilə görüşündə söyləyib.

Səfir Y.Kavaquçi ölkəsinin “Rail Baltica” layihəsində iştirak etməkdə maraqlı olduğunu da əlavə edib.

U.Reymanis isə öz növbəsində Latviyanın Avrasiya daşımacılığının inkişafında Yaponiya ilə birgə əməkdaşlıq etmək istəyini ifadə edib və səfiri Latviyanın nəqliyyat və logistika infrastrukturunun inkişafına Yaponiya investisiyalarının cəlb edilməsinə yardım etmək məqsədilə Latviya limanlarının rəhbərliyi ilə görüşməyə çağırıb.

Görüşdə iki ölkə arasında iqtisadi əməkdaşlıq, eləcə də Yaponiyanın “Mitsui & Co” şirkətinin Latviyanın nəqliyyat sənayesinə qoyduğu investisiyalar müzakirə olunub.

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Riqa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.