DÜNYA


Yaponiya Liberal Demokratik Partiyası seçkilərə hazırlaşır

Tokio, 20 sentyabr, AZƏRTAC

NHK telekanalının yaydığı məlumata görə, Yaponiya Liberal Demokratik Partiyasının (LDP) yüksəkvəzifəli rəsmiləri parlamentin aşağı palatasına seçkilərlə əlaqədar planı təsdiq ediblər.

AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, LDP-nin baş katibi Toşihiro Nikainin sözlərinə görə, Baş nazir Şinzo Abe parlamentin aşağı palatasını buraxmağa hazırlaşır.

T.Nikai qeyd edib ki, Baş nazir BMT Baş Assambleyasının toplantısından qayıtdıqdan sonra aşağı palatanın buraxılması barədə qərar qəbul edəcəyini deyib. Ş.Abe bildirib ki, bu, sentyabrın 28-də parlamentin fövqəladə sessiyasından dərhal sonra da baş verə bilər.

Müxalifətdə olan Demokratik Partiyanın parlament məsələləri komitəsinin sədri Kazunori Yamanoi isə Şimali Koreya məsələsinin cəmiyyətdə böyük narahatlıq yaratdığı bir vaxtda parlamentin aşağı palatasının buraxılması barədə qərarı məsuliyyətsiz addım adlandırıb.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.