DÜNYA


Yaponiya Müdafiə Nazirliyi ABŞ-da keçirilən təlimlərdə iki nəfərin həlak olduğunu təsdiqləyib

Tokio, 20 fevral, AZƏRTAC

Fevralın 20-də Yaponiyanın müdafiə naziri Nabuo Kişi özünümüdafiə qüvvələrinin hərbi qulluqçusunun və ABŞ hərbi-hava qüvvələrinin təlimatçısının Alabama ştatında təlim təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olmaları barədə yayılan məlumatı təsdiqləyib.

AZƏRTAC Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, həlak olanların ailələrinə başsağlığı verən N.Kişi bu xəbərin həqiqətə uyğun olduğunu bildirib. Nazir qeyd edib ki, Müdafiə Nazirliyi hazırda hadisənin başvermə səbəbini araşdırır və gələcəkdə bir daha belə faciənin baş verməməsi üçün lazım olan bütün addımları atacaq.

Qeyd edək ki, Kyodo agentliyi iki nəfərin təlim təyyarəsində həlak olması barədə xəbər yayıb. NHK telekanalının yaydığı məlumata görə isə, həlak olan yapon hərbçi ABŞ-da təcrübə keçirmiş.

Aviaqəzanın səbəblərinin istintaq başa çatandan sonra elan ediləcəyi qeyd olunur.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.