DÜNYA


Yaponiya Nazirlər Kabineti qiymət artımının qarşısını almaq məqsədilə fövqəladə tədbirlər paketini təsdiqləyib

Tokio, 18 may, AZƏRTAC

Yaponiya Nazirlər Kabineti qiymət artımının qarşısını almaq məqsədilə 2,7 trilyon yen (təqribən 21 milyard dollar) məbləğində fövqəladə tədbirlər paketini təsdiq edib.

AZƏRTAC Yaponiya Nazirlər Kabinetinin dəftərxanasına istinadla xəbər verir ki, əlavə büdcə paketi mayın 17-də təsdiqlənib. Əlavə büdcənin təqribən 9,1 milyardı neft məhsullarını topdan satan şirkətlərə ayrılacaq ki, bu da xam neftin qiymətinin artması ilə bağlı subsidiyaları nəzərdə tutur.

Büdcənin təqribən 11,7 milyardının ehtiyat fondlara yerləşdirilməsi planlaşdırılır.

Həmin paketin maliyyələşdirilməsi üçün əlavə dövlət istiqrazlarının buraxılması nəzərdə tutulur.

Hökumət əlavə büdcə paketini parlamentin cari sessiyası ərzində qəbul etmək niyyətindədir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.