RƏSMİ XRONİKA


Yaponiya Nazirlər Kabinetinin xüsusi məsələlər üzrə naziri, iqtisadi dirçəliş naziri, Yaponiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Akira Amaridən

Zati-aliləri,

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Diplomatik münasibətlərin qurulmasının artıq 21-ci ildönümünü qeyd etmiş ölkələrimiz arasında dostluq və əməkdaşlıq əlaqələrinin Zati-alilərinizin səyləri nəticəsində daha yüksək mərhələyə çatmasını arzu edirəm.

2004-cü ilin avqustunda Yaponiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun digər üzvləri ilə birlikdə ölkənizə səfərimizi, Zati-alinizlə görüşümüzü daim xatırlayıram. 1998-ci ildə parlamentlərarası dostluq qrupunun yaranmasından bəri davamlı olaraq Azərbaycan ilə münasibətlərin irəliləməsinə çalışmış bir şəxs kimi ötən 10 il ərzində ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin sabit inkişafından çox məmnunam.

Biz, Yaponiya parlamentinin üzvləri də əmin edirik ki, dövlətinizin inkişafı və ölkələrimiz arasında münasibətlərin intensivləşməsi üçün əlimizdən gələni əsirgəməyəcəyik.

Zati-alilərinizi bir daha təbrik edir, Sizinlə yenidən görüşmək arzusunda olduğumuzu bildiririk.

Hörmətlə,

Akira Amari

Yaponiya Nazirlər Kabinetinin xüsusi məsələlər üzrə naziri,

iqtisadi dirçəliş naziri,

Yaponiya-Azərbaycan parlamentlərarası

dostluq qrupunun rəhbəri 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin