DÜNYA


Yaponiya Olimpiada ilə bağlı afişalara görə Cənubi Koreyaya etiraz edib

Tokio, 14 fevral, AZƏRTAC

Yaponiya “Tokio-2020” Yay Olimpiya və Paralimpiya oyunlarına həsr olunmuş afişalara görə Cənubi Koreyaya etiraz edib.

AZƏRTAC xəbər verir ki, bu barədə fevralın 14-də Tokioda keçirilən ənənəvi mətbuat konfransında Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa məlumat verib. Həmin afişalarda Tokio Olimpiya Oyunları 2011-ci ildə Fukuşima prefekturasında baş vermiş atom qəzası ilə əlaqələndirilir.

Yaponiya Xarici İşlər Nazirliyinin məlumatına əsasən, arxa fonda “TOKYO 2020” yazısının əks olunduğu bu afişalarda xüsusi müdafiə kostyumu geymiş şəxs əlində məşəllə qaçır. Qeyd olunub ki, həmin afişalar Cənubi Koreyaya məxsus özəl şirkətin təşəbbüsü ilə hazırlanıb.

Həmçinin bu afişaların Seulda inşası nəzərdə tutulan Yaponiyanın yeni səfirliyinin yaxınlığında yanvarda yerləşdirildiyi qeyd edilir. Bundan əlavə, həmin afişalar sosial şəbəkələrdə də geniş yayılıb.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.